MARAQLI

Balalarını bəbirdən qoruyan kirpilərin komanda işi sosial şəbəkələrdə böyük maraqla qarşılandı – VİDEO

Sharing is caring!


Sosial şəbəkələrdə heyvanların öz balalarını qorumaq üçün apardığı mübarizə ilə bağlı daha bir video böyük maraqla qarşılanıb. Görüntüdə dişi və erkək kirpinin öz balalarını bəbirdən müdafiə anları əks olunub.

Kadrlarda kirpilərin birgə komanda kimi balalarını aralarına almaları və düşməni uzaqlaşdırmağa çalışmaları görünür. Ancaq bəbir təslim olmaq istəmir. Sonda kirpilərin oxları ilə deşik-deşik olan bəbir dözmür və balanı ovlamaqdan vaz keçərək oradan uzaqlaşır.

Xatırladaq ki, bir müddət əvvəl yuvasına ilanın girdiyini görən ana quşun balalarını xilas etmək üçün fədakarlığı ilə bağlı kadrlar sosial şəbəkələrdə hər kəsi təsirləndirmişdi.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir