Dünya

Rusiyada beş uşaq marixuanalı kekslərdən zəhərlənib

Sharing is caring!


Rusiyanın Moskva şəhərində 35 yaşlı qadın bir yaşdan 12 yaşa qədər olan beş uşağı ilə yemək yeyib və bundan sonra hər biri özünü pis hiss edib. Onlar təcili yardım çağırmalı olublar.

Xəstəxanada məlum olub ki, onlar marixuanadan zəhərləniblər. Həmçinin məlum olub ki, qadının yaxın qohumu onlarla birlikdə yaşayır. O, “sehrli” kekslərini ümumi soyuducuda saxlayıb. Heç nədən şübhələnməyən ana və uşaqlar həmin kekslərlə çay içiblər.

Xoşbəxtlikdən, onları xilas etmək mümkün olub, lakin “ədviyyatlı keks” həvəskarı ilə artıq polis məşğul olacaq.

Mənbə: “Lenta dnya” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir