Dünya

Benyamin Netanyahu: “İsrail Qəzza zolağında təhlükəsizliklə bağlı “ümumi məsuliyyət” daşıyacaq”

Sharing is caring!


“Biz təhlükəsizliyə cavabdeh olmadıqda nə baş verdiyini gördük”.

Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu “ABC News” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, əgər İsrail bu missiyanı üzərinə götürməsə, Qəzzada terror “çiçəklənməyə” davam edəcək.

“İsrail qeyri-müəyyən müddət ərzində təhlükəsizliklə bağlı ümumi məsuliyyət daşıyacaq, çünki biz bunu etmədikdə nə baş verdiyini gördük. Biz təhlükəsizliyə cavabdeh olmadıqda, əlimizdə olan tək şey HƏMAS-ın təsəvvür belə edə bilməyəcəyimiz miqyasda artan terrorudur”, – deyə Benyamin Netanyahu qeyd edib.

Mənbə: “The Times of İsrael”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir