Cəmiyyət

Son doqquz ayda qidadan zəhərlənənlərin sayı AÇIQLANDI

Sharing is caring!


2023-cü ilin doqquz ayı ərzində baş vermiş qida zəhərlənmələrinin statistikası açıqlanıb.

Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, bu ilin yanvar-sentyabr ayları ərzində agentliyə qida zəhərlənmələri ilə bağlı 586 müraciət daxil olub.

Təsdiqini tapmış zəhərlənmə faktlarının sayı 106 olub.

Eyni zamanda qida zəhərlənməsi ilə əlaqədar 869 nəfər qeydiyyata alınıb, təsdiq olunmuş qida zəhərlənməsi ilə zərərçəkənlərin sayı 216 nəfər təşkil edib.

Zəhərlənmədən bir nəfər ölüb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir