Cəmiyyət

Azərbaycanda qızılcaya yoluxma halları artır – RƏSMİ

Sharing is caring!


Hazırda ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur.

Bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.

TƏBİB rəsmisi bildirib ki, artıma səbəb COVID-19 pandemiyası zamanı uşaqların peyvənddən kənar qalmasıdır.

O qeyd edib ki, virus xəstəliklərindən qorunmağın ən effektiv yolu peyvəndlənmədir:

“Koronavirus pandemiyasını da buna misal çəkmək olar. Peyvənd olunan şəxslər virusa yoluxsa da, bunu yüngül keçirə bilər. Qızılca peyvəndinə əks-göstəriş olan hallar da var”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir