Dünya

Zelenski prezident seçkisinə hazırlıqla bağlı tapşırıqlar verib

Sharing is caring!


Ukraynanın dövlət başçısı Volodimir Zelenski prezident seçkisinin 2024-cü il martın 31-də keçirilməsi qərarını təsdiqləyib.

Bu barədə ukraynalı deputat Aleksey Qonçarenko “Espresso” telekanalının efirində bildirib.

“Məndə olan məlumata görə, V.Zelenski gələn il prezident seçkisi keçirmək qərarına gəlib. O, Prezident Aparatına 2024-cü il martın 31-də keçirilməsi nəzərdə tutulan seçkiyə hazırlaşmağı tapşırıb. Bu, konstitusiya ilə bağlı tarixdir (martın son bazar günü)”, – deyə Qonçarenko bildirib.

Qeyd edək ki, oktyabr ayında Zelenski Rusiyaya qarşı müharibə getdiyi müddətdə Ukrayna prezidenti vəzifəsindən istefa verə bilməyəcəyini açıqlayıb. Ukrayna lideri rusiyalılarla müharibənin bitəcəyi təqdirdə ikinci müddətə namizəd olmayacağını da bildirib.

Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba öz növbəsində bildirib ki, Zelenski gələn ilin yazında prezident seçkisinin keçirilməsi imkanını nəzərdən keçirir.

Mənbə: Unian.net

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir