Dünya

İsrail ordusu Qəzzada yüzlərlə məcburi köçkün fələstinlinin yerləşdiyi məktəbi bombalayıb

Sharing is caring!


İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağının şimalında Fələstin qaçqınlarının Cəbəliyə düşərgəsində yerləşən Əl-Faxura məktəb binasına hücumu nəticəsində azı 12 nəfər həlak olub.

Bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyinin nümayəndəsi məlumat verib.

“İlkin məlumatlara görə, Əl-Fəxuranın bombalanması zamanı azı 12 nəfər ölüb, 54 nəfər yaralanıb”, – deyə nazirliyin nümayəndəsi bildirib.

Qeyd edək ki, Əl-Faxura məktəbi Fələstin anklavının şimalında İsrailin quru əməliyyatları nəticəsində evlərini tərk etmək məcburiyyətində qalan sektorun sakinləri üçün ən böyük sığınacaqdır. Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda bu məktəbin ərazisində bir neçə min məcburi köçkün var.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir