Dünya

Arestoviç növbəti prezident seçkisində iştirak edəcək

Sharing is caring!


Ukrayna prezidenti aparatının keçmiş müşaviri Aleksey Arestoviç növbəti prezident seçkisində iştirak etmək niyyətindədir.

O, jurnalistin Ukraynada keçiriləcək prezident seçkisində iştirak etmək niyyəti ilə bağlı sualına “Bəli, namizədliyimi irəli sürəcəyəm”, – deyə cavab verib.

Arestoviç həmçinin təsdiqləyib ki, Ukraynada siyasi, iqtisadi, sosial, hərbi və digər islahatlarla əlaqədar çərşənbə günü sosial şəbəkələrdə dərc etdiyi təkliflər onun seçki proqramıdır.

Ölkəni tərk etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirən Arestoviç “Bir sıra beynəlxalq tədbirlərim var, onların çoxunda əsas məruzəçiyəm”, – deyə cavab verib.

Qeyd edək ki, Ukraynada növbəti prezident seçkisi 2024-cü ilin yazında keçirilməlidir. Hazırda ölkədə seçkinin hərbi vəziyyət şəraitində keçirilməsinin zəruriliyinə dair müzakirələr gedir.

Mənbə: İnterfaks

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir