Dünya

İsrail ordusu Qəzza zolağında terrorçuların hədəflərinə zərbə endirib

Sharing is caring!


İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağında hərbçilərə doğru hərəkət edən tank əleyhinə raketlər daşıyan maşını görüb və buna cavab olaraq hərbçilər PUA-dan maşına atəş açıblar.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“SAXAL-ın Qəzza zolağında quru əməliyyatları davam edir. Gecə birləşmiş qüvvələr Qəzza zolağının bütün ərazisindəki terror obyektlərinə, o cümlədən əməliyyat və komanda qərargahına və HƏMAS-ın terrorçu bölmələrinə zərbələr endirib. Hərbi əməliyyatlar başlayandan bəri (7 oktyabr) İsrail ordusu Qəzza zolağında terror təşkilatlarına məxsus 11 mindən çox hədəfi vurub”, – deyə ordunun bəyanatında deyilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir