Dünya

İsrail quru əməliyyata başlayandan bəri ilk itkiləri barədə məlumat verdi – FOTO

Sharing is caring!


İsrail əsgərləri Qəzzanın dərinliklərinə doğru irəliləməyə davam edirlər. Bununla bağlı “Planet Labs” quru əməliyyatı əks etdirən peyk görüntüləri yayımlayıb. Kadrlarda onlarla zirehli texnikanın hazırda Qəzza zolağının paytaxtının şimal kənarında ən azı 5 km içəridə olduğu görünür.

“Axios” İsraildəki iki mənbəyə istinadla, Qəzza zolağına ümumi sayı 20 mindən çox olan ən azı iki zirehli və piyada diviziyasının daxil olduğunu xəbər verib.

Onu da qeyd edək ki, İsrail quru əməliyyatından bəri ilk itkiləri barədə açıqlama verib. Bildirilib ki, Qəzza zolağının şimalında İsrail ordusunun zirehli personal daşıyıcısına tank əleyhinə raket atılıb. Zərbə nəticəsində 19-24 yaş arasında doqquz İsrail əsgəri həlak olub.

Mənbə: Moscowtimes.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir