Cəmiyyət

Fond sədri: “Təhsilə özəl investisiyaların cəlbi üçün müəyyən təşəbbüslər var”

Sharing is caring!


“Təhsilə özəl investisiyaların cəlbi ilə bağlı hələlik hər hansısa bir qərar yoxdur, lakin müəyyən təşəbbüslər var”.

Bunu APA-ya açıqlamasında Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib.

Onun sözlərinə görə, universitetlərdə birgə tədqiqat mərkəzlərinin yaradılması, bu istiqamətdə müxtəlif innovativ layihələrin həyata keçirilməsi, əlavə dəyər yaradan məhsul və xidmətlərin formalaşdırılması da gündəmdədir.

Fond sədri açıqlamasında “Təhsilin İnkişafı Fondu bizi maliyyələşdirməkdənsə, biz onları maliyyələşdiririk. 2022-ci ildə fondun hesabına 1,6 milyon manat vəsait köçürmüşük” fikrinə də aydınlıq gətirib. O qeyd edib ki, fondun yaradılması haqqında fərmanda və Nazirlər Kabinetinin qərarında maliyyə mənbələrinin təsdiqi var:

“Həmin mənbələrdə Elm və Təhsil Nazirliyi tabeliyindəki müəssisələrin büdcədənkənar vəsaitinin müəyyən hissəsinin innovativ layihələrin, dövlət-özəl sektor tərəfdaşlığının təhsilin və iqtisadiyyatın inteqrasiyası məqsədilə fonda köçürülməsi nəzərdə tutulur. Bəli, ali və orta ixtisas müəssisələri büdcədənkənar vəsaitlərinin bir hissəsini fonda köçürürlər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir