Dünya

Yaponiya HƏMAS rəhbərliyinin aktivlərini dondurmağı planlaşdırır

Sharing is caring!


Yaponiya hökuməti oktyabrın 7-də İsrailə hücumla bağlı Fələstinin HƏMAS hərəkatının rəhbərliyi üzvlərinin aktivlərini dondurmaq niyyətindədir.

Qeyd olunur ki, söhbət HƏMAS rəhbərliyinin ən azı doqquz üzvünün əmlakından gedir. Yaponiya hakimiyyəti bu addımla Fələstin-İsrail münaqişəsi ilə bağlı öz mövqeyini açıq şəkildə nümayiş etdirmək niyyətindədir. Sanksiyalar paketi çərşənbə axşamı təsdiq oluna bilər.

Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hirokazu Matsuno bu mövzu ilə bağlı şərh verməkdən çəkinərək, ölkə mediasının müvafiq xəbərlərini nə təsdiq, nə də təkzib edib. Eyni zamanda, o, Yaponiyanın mövqeyini bir daha təkrar edərək, HƏMAS-ın İsrailə qarşı terror hücumlarını pisləyib və münaqişənin bütün tərəflərini beynəlxalq hüquqa hörmət etməyə çağırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir