Cəmiyyət

“Hozu dayə” filminin qala-gecəsi keçiriləcək – VİDEO

Sharing is caring!


Hər kəsin gözlədiyi “Hozu” filminin üçüncüsü işıq üzü görür.

Oxu.Az xəbər verir ki, komediya janrında olan “Hozu dayə” filmi 1 noyabrdan etibarən artıq tamaşaçıların ixtiyarına verilir.

Məcid Hüseynov, Zemfira Əbdülsəmədova, Aqil M.Quliyev, Samir Ələsgərov və Tərlan Nuryaşar kimi bir çox məşhur aktyorun yer aldığı filmin quruluşçu rejissoru İlham Yaşaroğludur.

“Hozu dayə” filminin digər ikisindən fərqi ondandır ki, “Hozu” bu filmdə müxtəlif iş sferalarında özünü sınayır. Anasına söz verdiyi kimi, elan qəzetində barmağını qoyduğu işdə çalışacaq. Tərslikdən, “qoca bir arvada dayə axtarılır” elanına təsadüf edir. “Hozu” verdiyi sözü tutur və qarının bütün şıltaqlıqlarına dözür. Qadın “Hozu”nu evdən qovmaq bəhanəsi ilə müxtəlif yollara əl atsa da, qəhrəmanımız bütün çətinliklərin öhdəsindən asanlıqla gəlir. Filmin gedişatında başa düşüləcək ki, yaşlı qadın, əslində, pis adam deyil, sadəcə olaraq, bütün şıltaqlıqları övladları onun yanında qalmadığına görədir. “Hozu” reallığı bildikdən sonra qadınla bir oyun qurub övladlarının analarına diqqət etməsini gerçəkləşdirir.

Maraqlı və gülməli situasiyalarla dolu bu filmdə çox sayda sosial mesajlar var. Filmin üstünlüyü ondadır ki, yaş məhdudiyyəti yoxdur.

Qeyd edək ki, “Hozu dayə” filmini 1 noyabrdan etibarən şəhərin bütün kinoteatrlarında izləyə bilərsiniz.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir