Dünya

İsrail ordusu Qəzza zolağında radikalların 150 hədəfinə hücum etdiyini açıqlayıb

Sharing is caring!


İsrail hərbçiləri bir gündə Qəzza zolağında 150 radikal hədəfə hücum ediblər.

Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb.

“Son 24 saat ərzində SAXAL Qəzza zolağında terrorçuların 150 hədəfinə hücum edib”, – deyə bəyanatda bildirilib.

Mətbuat xidməti qeyd edib ki, SAXAL-ın quru bölmələri, hava qüvvələri və donanması Fələstin anklavında HƏMAS terror təşkilatına qarşı əməliyyatları davam etdirir.

“Qəzza zolağının cənubundakı Xan Yunisdə SAXAL əsgərləri onlarla terrorçunu məhv edib”, – deyə hərbçilər bildirib.

Anklavın mərkəzi hissəsində yerləşən “Əl-Məqazi” qaçqın düşərgəsində quru qoşunlar 15 yeraltı tunelin şaxtalarını aşkar ediblər, həmçinin hərbi obyektlərə məqsədyönlü reydlər zamanı raket istehsalı üçün istifadə edilən qurğunu məhv ediblər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir