Dünya

Rusiyada məktəblilər metroda miqranta silahlı hücum təşkil ediblər

Sharing is caring!


Rusiyanın Sankt-Peterburq şəhərində Tacikistan vətəndaşı metroda hücuma məruz qaldığı ilə bağlı polisə müraciət edib.

21 yaşlı miqrant metroda bir neçə gəncin ona hücum etdiyini bildirib. Onlar onu təhqir edərək qaz tapançasından bir neçə dəfə atəş açıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təcavüzkarların kimliyini müəyyən ediblər. Onların 13 və 15 yaşlı məktəb şagirdləri olduğu məlum olub.

Araşdırma zamanı tacikistanlı miqrantın Rusiyada qanunsuz olaraq yaşadığı da müəyyən edilib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir