İdman

Altı qol vuruldu, “Borrusiya” məğlubiyyətdən qaçdı – VİDEO

Sharing is caring!


“Borussiya Dortmund” Almaniya Bundesliqasının IX turunda “Ayntraxt”ın qonağı olub.

Oxu.Az xəbər verir ki, altı qolun vurulduğu dramatik qarşılaşmada qalib müəyyənləşməyib – 3:3

Meydan sahibləri Omar Marmuşun qolları ilə iki topluq üstünlük qazansalar da, qonaqlar Marsel Zabitser və Yusdufa Mukokonun qolları sayəsində bərabərliyi təmin etməyi bacarıblar.

“Ayntraxt” Fares Çaibinin fərqlənməsi ilə təkrar önə keçib. Lakin Yulian Brandt yenidən hesabda tarazlıq yaratmağı bacarıb.

Bu nəticədən sonra “Borussiya Dortmund” 21 xalla dördüncü yerdə qərarlaşıb. “Ayntraxt” 14 xalla yeddincidir.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir