İdman

Stolüstü tennisçilərimiz beynəlxalq turnirdə səkkiz mükafat qazanıblar – FOTO

Sharing is caring!


Latviyanın paytaxtı Riqada stolüstü tennis üzrə “Riga City Council’s Youth Cup” turnirinə yekun vurulub.

Azərbaycan komandası yarışı səkkiz mükafatla başa vurub.

Sonuncu gündə Zemfira Mikayılova, Arzu Aslanova və Adil Əhmədzadə 19 yasadək idmançılar arasında bürünc mükafat qazanıblar. Rüstəm Hacılı isə təsəlliverici görüşlərdə turnirin xüsusi kubokuna layiq görülüb.

Xatırladaq ki, yarışın ilk günlərində keçirilən digər yaş qrupları üzrə mübarizədə Aylin Əsgərova qızıl, Adil Əhmədzadə ilə Tunar Bağırov gümüş, Xədicə Eylazova isə bürünc medala sahib çıxıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir