İdman

Azərbaycanın yeniyetmə şahmatçıları Avropa çempionatında liderlər sırasındadırlar – FOTO

Sharing is caring!


Rumıniyanın Mamaya şəhərində yeniyetmə oğlan və qız şahmatçılar arasında Avropa çempionatında 7-ci turun oyunları keçirilib.

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, 12 yaşadək idmançıların yarışında təmsilçimiz Əhməd Xaqan lider Marin Pauya (İspaniya) qalib gələrək birinci pilləyə yüksəlib.

14 yaşadək iştirakçıların mübarizəsində Rüstəm Rüstəmov digər ispaniyalı Daniel Tabuenkanı məğlub edib. O, bu qələbədən sonra altı xalla liderlər sırasındadır. Səkkiz yaşadək qızların yarışında Mehriban Əhmədli 7-ci turda Kamil Bilot-Lauleni (Fransa) məğlub edib.

U-18 yaş qrupunda ağ fiqurlarla oynayan Xəzər Babazadə 7-ci turda Elham Abdrlaufu (Norveç) üstələyib. Hesabında altı xal olan təmsilçimiz bu kateqoriyada lider mövqedədir.

Ayan Allahverdiyeva Rumıniya şahmatçısı Aleksia-Teodora Puini üstələyib.

Beləliklə, yeddi turdan sonra müxtəlif yaş kateqoriyalarında Əhməd Xaqan, Xəzər Babazadə, Mehriban Əhmədli, Ayan Allahverdiyeva birinci, Rüstəm Rüstəmov ikinci, Məhəmməd Kazımzadə, Əsnad Baxşızadə üçüncü pillədə qərarlaşıblar.

Turnir sentyabrın 14-də başa çatacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir