Dünya

İsrail ordusu Qəzzada 450 hərbi obyektə zərbə endirib

Sharing is caring!


İsrail ordusu son sutka ərzində Qəzza zolağında 450 hədəfə zərbə endirib və yerüstü əməliyyatların ərazisini genişləndirməkdə davam edir.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) Mətbuat Xidməti məlumat yayıb.

“Son 24 saat ərzində IDF qırıcıları Qəzza zolağında HƏMAS terror təşkilatına məxsus 450 hərbi obyektə, o cümlədən əməliyyat komandanlıq, müşahidə, tank əleyhinə raket buraxılış məntəqələrinə zərbələr endirib. IDF bölmələri yerüstü əməliyyatları genişləndirməkdə davam edir”, – məlumatda deyilir.

Bildirilir ki, IDF-nin birləşmiş döyüş qrupları Qəzza zolağında terrorçulara digər vasitələrlə yanaşı, pilotsuz uçuş aparatlarından istifadə etməklə də zərbələr endirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir