İdman

Azərbaycanlı hakimlərə UEFA-dan TƏYİNAT

Sharing is caring!


Azərbaycanın FIFA referisi Elçin Məsiyev və FIFA referisinin köməkçisi Vüsal Məmmədov UEFA-dan təyinat alıblar.

AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, onlar 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin 11-ci qrupundakı matçlarda iş başında olacaqlar.

İtaliya, Yunanıstan, Şimali İrlandiya və San-Marino yığmalarının mübarizə aparacağı qrupun oyunları oktyabrın 25-31-i aralığında İtaliyada keçiriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir