Cəmiyyət

Şahdağ Milli Parkında yanğın olub – VİDEO

Sharing is caring!


Şahdağ Milli Parkında yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Qəmərvan kəndi yaxınlıqda Şahdağ Milli Parkının dağlıq-meşəlik ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Qəbələ Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək sıx meşəlik əraziyə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində Şahdağ Milli Parkının ərazisində 600 kvadratmetr sahədə xəzəl və ağac qırıntıları yanıb. Ağaclar yanğından mühafizə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir