MARAQLI

Səbinə Xasayeva : Qürur Novruz bayramı hədiyyəsidir

Sharing is caring!

Xalqın adət-ənənələri min illərlə formalaşır, formalaşa-formalaşa yaşadılır. Bu adət-ənə¬nə¬lər milli mentalitetin tərkib hissəsi olur. Bəzən bunlar xalqın milli varlığının tarixi sənədinə dönür.

Xalqımızı xalq kimi tanıdan adət-ənənələrimizdən biri də Novruz bayramıdır. Bu bayram türkdilli xalqların hamısının müştərək bayramı olsa da Azərbaycanda daha coşqu ilə, daha bö¬yük sevgilərlə qarşılanır, qeyd edilir. Novruz atributlarının ifadə etdiyi mahiyyət xalqımızın yaşatdığı niyyətlərin eynidir. Tonqal – od atributu tarixin daha qədim çağları ilə səsləşdiyindən Nov¬ruzu, deməli bu bayramı yaşadan xalqın tarixinin min illərin o üzü ilə bağlılı¬ğı¬na zərrəcə şübhə qalmır…

Vətən müharibəsində ordumuz düşməni məğlub etdi, torpaqlarımız işğaldan azad olundu. 2021-ci ilin Novruz bayramında Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Şu¬şada Novruz tonqalı alışdırdı. Bu tonqal qalibiyyətin tonqalı idi. Dünya ictimaiyyəti də, iş¬ğal¬¬çı dövlət də, onun havadarları da gördü ki, qalib Azərbaycan milli bayramlarını mədəniy¬yət paytaxtı elan edilmiş şəhərdə hansı coşqu ilə qeyd edir.

Bu ilin Novruz bayramı da duyğusallıqla qarşılandı. Azərbaycan Respublikasının Pre¬zi¬den¬ti Cənab İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva bu ilin Novruz bayra¬mın¬¬¬da işğaldan azad edilmiş Suqovuşanda Novruz tonqalı alışdırdılar. Ölkə başçısı xalqa bay¬ram təbrikində dedi: “Müharibədən cəmi bir ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq, biz artıq qurub-yaradırıq. Əminəm ki, biz bütün planlara, nəzərdə tutulmuş bütün məqsədlərə nail olacağıq və nail oluruq. Budur bugünkü Azərbaycanın reallıqları. Bugünkü güclü Azər¬baycan bütün bu işləri görməyə qadirdir. Siyasi iradə var, iqtisadi güc var, xalqımızın səfər¬bər¬liyi var, milli həmrəylik ən yüksək zirvədədir və əlbəttə ki, şanlı tarixi Zəfərimiz hər birimiz üçün qürur mənbəyidir. Biz haqlı olaraq fəxr edirik ki, müzəffər dövlətin vətəndaş¬la¬rı¬yıq, ordumuzla fəxr edirik, insanlarımızla fəxr edirik. Bizə bu xoşbəxtliyi yaşadan gəncləri¬miz¬lə fəxr edirik və əbədi fəxr edəcəyik. Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq…”. Bu təbrik də, təbrikdə deyilənlər də xalqın sabahlara inamını kükrədir. Xalq Prezidentin hər müraciətini yaşam fəl¬sə¬fə¬si bilir. Bu fikir hər birimizin Novruz bayramı ovqatımızı daha da gözəlışdirdi. Bu qü¬ruru bu ilin Novruz bayramı hədiyyəsi bilirik…

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir