Xarici siyasət

Rusiya Çerniqovu bombaladı: Çox sayda ölü var

Sharing is caring!

Rusiya qoşunları Ukraynanın Çerniqov şəhərini sistemli artilleriya və havadan atəşə tutmaqda davam edir, şəhərin mülki infrastrukturunu məhv edir və dinc sakinləri öldürür.

Xəbəral.az xəbər verir ki, bunu şəhər şurasının sədri Vyaçeslav Çaus bildirib.

“Böyük itkilər veririk. Yalnız dünən rus təcavüzkarı tərəfindən öldürülən vətəndaşlarımızın 53-nün cəsədi şəhər morquna daxil olub. Biz hər bir vətəndaşımızın qisasını alacağıq, düşməni öldürəcəyik”,- şəhər şurasının sədri əhaliyə söz verib.

Çaus əlavə edib ki, Ukrayna ordusu düşmən ordusuna sarsıdıcı zərbələr endirməkdə davam edir.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir