İqtisadiyyat

Azərbaycan EYOF-da yeddinci medalını qazanıb

Sharing is caring!

Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında (EYOF) Azərbaycanın daha bir cüdoçusu medal qazanıb.

“Report”un məlumatına görə, +100 kq çəki dərəcəsində mübarizə aparan Kənan Nəsibov bürünc medal qazanıb.

Qeyd edək ki, daha əvvəl də EYOF-da Azərbaycanın aktivinə medalları cüdoçular qazandırıb. Bununla da Azərbaycanın gənc idmançılarının qazandığı medalların sayı 7-yə (1 qızıl, 4 gümüş və 2 bürünc medal) çatıb. Medal sıralamasında hazırda Azərbaycan 22-ci sıradadır. Yarışa sabah yekun vurulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir