Dünya

İsrail Xarici İşlər Nazirliyi husilərin Misirə hücumu ilə bağlı bəyanat verdi

Sharing is caring!


Yəmən üsyançılarının “Ənsar Allah” hərəkatı (husilər) Misirə raket və pilotsuz təyyarələrdən zərbələr endirib.

Bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat verib və bu hərəkətləri qınayıb.

“İsrail husi terror təşkilatının İsrailə zərər vermək məqsədilə atdığı raketlər və pilotsuz təyyarələrin Misir təhlükəsizlik qüvvələrinə vurduğu ziyanı qınayır” , – nazirliyin deyə bəyanatında bildirilib.

İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, husilər Tehrandakı ayətullahların terrorçu rejiminin agentləridir və bu rejim həmçinin “Hizbullah”, “İslami Cihad” və HƏMAS terror təşkilatlarına da nəzarət edir.

Qeyd edək ki, daha əvvəl Qırmızı dəniz sahilində, İsraillə sərhəddən təxminən 60 km aralıda yerləşən Misirin Nuveyba şəhərində naməlum mərmi düşüb. Öz növbəsində Misir Silahlı Qüvvələrinin nümayəndəsi Qarib Abdel Hafez İsraillə sərhəd yaxınlığında yerləşən Taba yaşayış məntəqəsinə naməlum pilotsuz təyyarənin düşdüyünü bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir