Dünya

Türkiyədə FETÖ-çülərlə əlaqədə şübhəli bilinən 600-dən çox terrorçu saxlanılıb – VİDEO

Sharing is caring!


Türkiyədə 2016-cı ildə dövlət çevrilişinə cəhddə günahlandırılan qadağan olunmuş FETÖ təşkilatı ilə əlaqədə şübhəli bilinən 600-dən çox terrorçu saxlanılıb.

Bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya məlumat verib.

“77 əyalətdə eyni vaxtda keçirilən əməliyyatlar zamanı FETÖ terror təşkilatı ilə əlaqəsi olan 611 şübhəli saxlanılıb”, – deyə nazir özünün “X” (keçmiş “Twitter”) hesabında yazıb.

Nazir vurğulayıb ki, ölkə hakimiyyəti terrorçulara və onların havadarlarına qarşı mübarizəni davam etdirəcək.

Xatırladaq ki, 2016-cı il iyulun 15-də bir qrup hərbi və mülki sui-qəsdçi Türkiyədə qanuni hökuməti və prezident Rəcəb Tayyib Ərdoğanı devirmək üçün dövlət çevrilişinə cəhd edib. İki gün davam edən qarşıdurma nəticəsində 252 nəfər həlak ölüb, 2,2 min nəfər isə yaralanıb. Çevrilişə cəhddə FETÖ təşkilatının lideri Fətullah Gülən ittiham edilir. Hazırda Gülən ABŞ-də yaşayır.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir