Dünya

Türkiyədə tarixi daş heykəllər nanoəhəng vasitəsilə bərpa edilib – FOTO

Sharing is caring!


Türkiyənin Adıyaman vilayətində 2 150 metr hündürlükdə yerləşən və UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil olan Nəmrud dağındakı daş heykəllər nanoəhəng vasitəsilə bərpa edilib.

Ərazidə işləyən Qaziantep Bərpa və Konservasiya Regional Laboratoriyasının işçiləri hələlik yalnız dörd monumental heykəli bərpa ediblər.

Qeyd olunur ki, hər il minlərlə turistin marağını kəsb edən bu daş heykəllərin gələcək nəsillərə ötürülməsi üçün bərpa işləri davam etdiriləcək.

Mənbə: Anadolu

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir