Dünya

Tokioda 100 illik temperatur rekordu qeydə alındı

Sharing is caring!


Tokioda havanın temperaturu 27,5 dərəcəyə qədər istiləşib.

Məlumata görə, bu, noyabr ayı üçün son 100 ildə ən yüksək göstəricidir.

Bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Yaponiya paytaxtında sonuncu dəfə belə isti hava 1923-cü ildə qeydə alınıb. Maraqlıdır ki, yaya bənzər isti hava Yaponiyanın əksər bölgələrində müşahidə edilib.

Yapon meteoroloqları qeyd edirlər ki, yaxın günlərdə havanın temperaturu tədricən azalacaq.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir