Siyasət

Nazir: “Biz Ermənistana dəfələrlə ikitərəfli əsasda danışıqların aparılmasını təklif etmişik”

Sharing is caring!


“Azərbaycan hər zaman normallaşmanın tərəfdarı olduğunu qeyd edib. Biz Ermənistana dəfələrlə ikitərəfli əsasda danışıqların aparılmasını təklif etmişik”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat konfransında deyib.

C.Bayramov qeyd edib ki, bölgənin önəmli ölkələrindən biri olan Türkiyə də Ermənistanın qonşusudur:

“Masada Azərbaycan varsa, Türkiyə də var deməkdir. Türkiyənin danışıqlar masasında olması Ermənistanın özü üçün də əlverişli olardı. Mən buradan çağırış etmək istəyirəm ki, Azərbaycanla Türkiyənin bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi ilə bağlı mövqeləri eynidir”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir