Dünya

Danimarkada terror aktları hazırlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar

Sharing is caring!


Danimarka Polisinin Təhlükəsizlik Xidməti (PET) bir neçə ərazi dairəsinin yerli polisi ilə birgə əməliyyat keçirib və bu əməliyyat zamanı terror aktları hazırlamaqda şübhəli bilinən bir neçə nəfər saxlanılıb.

Bu barədə Kopenhagen polisi məlumat yayıb.

Press-relizdə əməliyyatın neçə ərazi dairəsində keçirildiyi və saxlanılanların sayı barədə məlumat verilmir. Bu barədə daha ətraflı məlumat Təhlükəsizlik Xidmətinin rəhbərliyi və Kopenhagen polisinin nümayəndələrinin iştirakı ilə keçiriləcək mətbuat konfransında veriləcək.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir