Dünya

Banqladeşdə qatarların toqquşması nəticəsində azı 15 nəfər ölüb

Sharing is caring!


Banqladeşin Kişorqanc rayonunda iki qatarın toqquşması nəticəsində azı 15 nəfər ölüb.

Yerli polisin məlumatına görə, Çattoqrama gedən qatar Dəkkəyə gedən qatarla toqquşub.

Polis sözçüsü Mostaq Sarker indiyədək dağıntılar altından on beş nəfərin cəsədi çıxarıldığını bildirib. Ölənlərin sayının əhəmiyyətli dərəcədə artacağı ilə bağlı təhlükə var. Onun sözlərinə görə, daha 100-ə yaxın insan xəsarət alıb, onların çoxu xəstəxanaya çatdırılıb.

Mənbə: belta.by

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir