Cəmiyyət

İsmayıllıda atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində inzibati tədbir görüldü – FOTO

Sharing is caring!


Atmosfer havasının avtonəqliyyat vasitələrinin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınması məqsədilə tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, sözügedən tədbir İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə iştirakı ilə “Təmiz hava” aylığı çərçivəsində keçirilib.

Aparılan yoxlama zamanı 10-dan artıq avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normativ həddən artıq olduğu aşkar olunub. Həmin avtomobillərin sürücüləri barəsində protokollar tərtib olunaraq inzibati qaydada məsuliyyət tədbirləri tətbiq edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir