Dünya

İsraildə dörd min bomba sığınacağında təcili təmir işlərinə başlanılıb

Sharing is caring!


İsrailin şimalında dörd minə yaxın bomba sığınacağında təcili yenidənqurma və təmir işlərinə başlanılıb.

Məlumata görə, Böyük Britaniyanın ən qədim İsrail xeyriyyə təşkilatı JNF UK və Ossim Shechuna qeyri-hökumət təşkilatı tərəfindən həyata keçirilən layihə Livanın “Hizbullah” qruplaşmasının Fələstin-İsrail gərginliyinin artması fonunda İsraillə müharibəyə başlamaq istədiyi təqdirdə şimal cəbhəsinin açılmasına hazırlığı təmin etmək məqsədi daşıyır.

“Mülki şəxslər üçün sığınacaqların hazırlanması məsələsi aktualdır, çünki “Hizbullah”la hər hansı bir müharibə İsrailin əhali mərkəzlərini hədəf alan irimiqyaslı raket hücumlarını ehtiva edəcək”, – deyə JNF UK-in İsrail üzrə idarəedici direktoru Yonatan Qalon bildirib.

“Hazırda işi davam etdirmək üçün bir neçə “qızıl saatımız” var. Sığınacaqları təmizləməli, elektrik və su çəkməli, mebel və lazımi ləvazimatları çatdırmalıyıq. Bunun üçün bizə mümkün qədər çox könüllü lazımdır”, – deyə Qalon əlavə edib. Daha sonra qeyd edib:

“Biz (İsrailin) cənubda baş verən hadisələrdən, həmçinin İkinci Livan müharibəsindən dərs almalıyıq. Bütün sığınacaqlar zir-zibillə dolu və istifadəyə yararsız idi”.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir