Dünya

Məşhur müğənninin mühafizəçisi İsrail ordusuna qatıldı: “ABŞ-də çox gözəl bir həyatı qoyub çıxdım” – FOTO

Sharing is caring!


“Qremmi” mükafatına sahib sənətçi, amerikalı müğənni Teylor Sviftin mühafizəçisi Fələstinə qarşı döyüşmək üçün İsrailə gedib və İsrail Müdafiə Qüvvələrinə qoşulub.

Məlum olub ki, “Eras Tour” adlı turniri zamanı yay mövsümü boyunca Teylor Sviftin təhlükəsizliyini təmin edən mühafizəçi ABŞ-yə getməzdən əvvəl İsrail Müdafiə Qüvvələrinin (IDF) üzvü olub.

Mühafizəçi sosial şəbəkədə hərbi formada çəkdirdiyi fotosunu paylaşıb və fotoya şərh verib. “İsrailin yanındayam. Məsələ sadəcə yəhudi dövlətinin yanında olmaq deyil, həmçinin insanlığın da yanında olmaq lazımdır”, – deyə o, şərhdə bildirib.

Mühafizəçi eyni zamanda insanları tarixin yanlış tərəfində olmamağa çağırıb.

“ABŞ-də çox gözəl bir həyatı qoyub çıxdım. Gözəl xəyal kimi bir işim, ailəm bildiyim gözəl dostlarım və olduqca rahat bir evim var idi”, – deyə o, paylaşımında qeyd edib.

“Buraya gəlmək məcburiyyətində deyildim. Amma ailələrin qətl edildiyi və diri-diri yandırıldığı bir zamanda səssizliyin tərəfində ola bilməzdim”, – deyə o vurğulayıb.

Qeyd edək ki, bir çox məşhur adlar İsrail və Fələstin böhranı ilə bağlı mövqelərini ifadə edən açıqlamalar verdiyi halda, Teylor Svift bu günə qədər ictimaiyyətə bununla bağlı heç nə deməyib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir