İdman

Dakar rallisində qəzaya uğrayan ispaniyalı motosikletçi ölüb

Sharing is caring!


İspaniyalı motosiklet yarışçısı Karles Falkon Dakar rallisinin ikinci mərhələsində qəza zamanı yaralanaraq həlak olub.

Bu barədə onun yarışdığı “TwinTrail Racing” komandasının mətbuat xidməti məlumat yayıb.

Qəza nəticəsində idmançının beyni silkələnib, onurğası, beş qabırğası, körpücük sümüyü qırılıb və sol bilək nahiyəsindən xəsarət alıb. Ölümə idmançının ürək-ağciyər fəaliyyətinin dayanması səbəb olub.

Qeyd edək ki, qəza yanvarın yeddisində baş verib. O, ikinci dəfə Dakarda iştirak edib. Falkona yerindəcə lazımi köməklik göstərilib. İdmançı 45 yaşında dünyasını dəyişib. 

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir