Cəmiyyət

Bakıda 50 minlik qızıl oğurlayan dəstə üzvlərinin məhkəməsi başlayıb

Sharing is caring!


Ali Məhkəmədə oğurluqda təqsirləndirilən Rəşad Novruzov və Hikmət Arzumanovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası oktyabrın 25-nə təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il azadlıqdan məhrum ediliblər.

İttihama görə, təqsirləndirilən şəxslər paytaxtın Nərimanov rayonu ərazisindəki mənzillərdən birinə daxil olaraq oradan çəkisi 99 qram olan qızıl boyunbağı oğurlayıb. Oğurlanan zinət əşyası 50 min manat dəyərində qiymətləndirilib. Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə təqsirləndirilən R.Novruzov və H.Arzumanov saxlanılıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir