Təhsil

Ucar rayon təhsil şöbəsi vakant yeri niyə gizlədir?-Rüşvət

Sharing is caring!

Xəbəral.az saytı xəbər verir ki, umumiyyətlə Ucar təhsili respublika üzrə çox aşağı yerlərdə kifayətlənir.

Demək olar Ucar rayonunda təhsil çox bərbad və baxımsız haldadır.

Rüşvət, korrupsiyanın tüğyan etdiyi Ucar təhsili baxımsız vəziyyətə düşüb, Təhsil Nazirliyindən imdad diləyir.

Buna misal olaraq bu gün Xəbəral.az saytına maraqlı bir müraciət daxil olub.

Həmin müraciəti olduğu kimi sizlərə təqdim edirik:

“Ucar rayon Qəzyan kənd 1 saylı tam orta məktəbin Fizika müəllimi sosial məzuniyyətdə olduğu halda dərs saatlarının vakansiyası təmin edilməyib.

Məktəbin direktoru Ramiz müəllimin dediyinə görə vakansiyanı təhsil şöbəsinə verdiyi halda Ucar rayon təhsil şöbəsi 20 saat fizika dərslərini gizlədərək vakansiyaya çıxarmayıb.

Təhsil şöbəsindən verilən məlumatda deyilir ki, vakansiyanı ona görə çixarmamışıq ki, ətraf məktəblərdən daha yüksək bal toplayan fizika müəllimini dəvət edəcəyik.

Burada bəlli olur ki, vakansiyaya çıxmayan dərs saatlarına gətirilən müəllimlə təhsil şöbəsi arasında vəsaitlərin paylanması baş verəcək.

Niyə görə müəllim sosial məzuniyyətdə olduğu halda dərs saatları vakansiyaya çıxmasın?

Təhsil nazirliyi bu məsələni araşdıracağına və ictimaiyyətə məlumat verəcəyinə əminik.

Mövzunu diqqətdə saxlayıb, sizlərə ətraflı məlumat verəcəyik.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir