Dünya

Qəzzaya yardım aparan avtomobil karvanı Fələstin anklavına daxil olub

Sharing is caring!


Qəzza zolağının əhalisi üçün humanitar yardım aparan yük maşınlarından ibarət karvan axşam saatlarında “Rəfah” keçid məntəqəsindən keçərək Fələstin anklavına daxil olub.

Verilən məlumata görə, sözügedən əraziyə təcili tibbi yardım üçün dərman vasitələri, ərzaq və su çatdırılıb. Avtomobil karvanında bazar günü səhər Qəzzaya girə bilməyən 14 maşın olub. Daha əvvəl səhər saatlarında humanitar yardım daşıyan 17 avtomobilin anklav ərazisinə daxil olduğu bildirilib.

14 yük maşınının gecikməsinin səbəbləri açıqlanmasa da, verilən məlumata görə, günortadan sonra keçid-nəzarət məntəqəsinin Fələstin tərəfində atışma səsləri eşidilib. Daha əvvəl isə Misir ərazisindən yola düşən yardım karvanı hələ də keçid-nəzarət məntəqəsində olub.

Qeyd edək ki, bir gün əvvəl humanitar yardım daşıyan ilk 20 maşın “Rəfah” vasitəsilə Qəzzaya daxil olub. Verilən məlumatlara görə, Misir hakimiyyəti bazar ertəsi Qəzza zolağına anklavın əhalisi üçün ləvazimat daşıyan daha 40 maşından ibarət karvan göndərməyi planlaşdırır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir