Dünya

Zelenskinin arvadının Krımdakı keçmiş mənzili satışa çıxarıldı – FOTO/VİDEO

Sharing is caring!


Yaltanın Livadiya kəndinin mərkəzində yerləşən, əvvəllər Ukrayna Prezidentinin həyat yoldaşı Yelena Zelenskayaya məxsus olan milliləşdirilmiş mənzil hərraca çıxarılır.

Zelenskilərin 119,5 kvadratmetr sahəsi olan mənzil mart ayında milliləşdirilib, oktyabrın əvvəlində isə ilkin dəyəri 24,6 milyon rubl olmaqla hərraca çıxarılıb. Bildirilir ki, Zelenskilər mənzildə yaşamayıblar, sadəcə divarları ağardılıb.

Mənzil beşinci mərtəbədə yerləşir, eyvanından Qara dənizə və Livadiya sarayına, həmçinin saraya bitişik bağa mənzərə açılır.

Zelenskilərin mənzilində bir neçə otaq var – balkona panoramlı pəncərəsi olan qonaq otağı, vannalı hamamı olan yataq otağı və yemək otağı ilə birləşdirilmiş mətbəx. Otaqda mebel, hətta elektrik yuvası yoxdur, lakin sanitar qovşaq quraşdırılıb.

Mənzilin alınması ilə bağlı müraciətlər oktyabrın 26-dək qəbul olunacaq və bunun üçün hərrac iştirakçıları ilkin qiymətin 50%-i məbləğində depozit qoymalıdırlar.

Hərracın özü isə oktyabrın 30-da baş tutacaq.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir