Dünya

Polineziyalı partiya funksioneri: “Fransanın nüvə sınaqlarından hələ də əziyyət çəkirik”

Sharing is caring!


“Polineziya Fransanın nüvə sınaqlarının nəticələrindən hələ də əziyyət çəkir”.

“Report” xəbər verir ki, bunu oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda Polineziyanın müstəqilliyi uğrunda mübarizə aparan “Tavini huiraatira” partiyasının nümayəndəsi Heynui Le Kai deyib.

Partiya nümayəndəsi qeyd edib ki, Fransanın keçirdiyi nüvə sınaqları əhalinin sağlamlığına və ekologiyaya mənfi təsir göstərir:

“Onlar illərdir ki, nüvə sınaqları nəticəsində meydana gələn radiasiya ilə bizi zəhərləyirlər. Fransanın hegemonluq siyasəti yaxşı heç nəyə gətirib çıxarmayacaq”.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Böyük Britaniya, Əlcəzair, Keniya, Fransa, Mərakeş, Mali, Efiopiyadan, eləcə də Fransanın dənizaşırı əraziləri olan Fransa Qvianası, Fransa Polineziyası, Qvadelupa, Martinika, Yeni Kaledoniyadan, həmçinin Fransanın xüsusi statusa malik 18 regionundan biri Korsika adasından olan nümayəndələr iştirak edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir