Cəmiyyət

DİN hərəkət iştirakçılarına çağırış etdi – FOTO

Sharing is caring!

“Yeni tədris ilinin başlanmasına sayılı günlər qalır, əsasən də çoxları üçün məzuniyyət dönəminin bitməsi paytaxt ərazisində nəqliyyat sıxlığını əhəmiyyətli dərəcədə artırır və hər ötən gün bu proses daha da intensivləşir”. 

Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

O bildirib ki, bütün hərəkət iştirakçıları yollarda diqqəti artırmalı, şəhərin real hərəkətini düzgün qiymətləndirməyi, hər bir qayda pozuntusunun ümumi vəziyyətə mənfi təsir göstərdiyini unutmamalıdırlar:

“Dəfələrlə moped, velosiped, skuter kimi nəqliyyat vasitələrinin yolun sağ zolağı ilə hərəkət etməli olduqlarını, təhlükəli manevrlər etməmələrini, təhlükəsizlik üçün şlemlərdən istifadənin vacibliyini vurğulamağımız və bu qaydaların pozulmasının inzibati məsuliyyətə səbəb olduğunu qeyd etməyimizə baxmayaraq, eyni növ qayda pozuntularının gündəlik xidmətimizdə tez-tez şahidi oluruq. Bir daha qeyd etdiyimiz məsələlərə qarşı məsuliyyəti artırmağı, özünün və ətrafdakı insanların haqlı narazılıqlarına səbəb olan hallardan çəkinməyi xahiş edirik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir