Dünya

Müstəqil Martinika Hərəkatı: “Fransa əhalimizi öldürür, yerində fransızları məskunlaşdırır”

Sharing is caring!


“Fransa əhalimizi öldürür, yerində fransızları məskunlaşdırır”.

“Report” xəbər verir ki, bunu oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda Müstəqil Martinika naminə Ekoloqlar və Demokratlar Hərəkatının nümayəndəsi Klaudet Duhamel deyib.

Onun sözlərinə görə, ölkədə bir faiz olsa belə, bütün iqtisadiyyat fransız müstəmləkəçilərin əlindədir:

“Xalqımız ölkəni idarə edə bilmir, ölümcül vəziyyətdədir. Kənd təsərrüfatımız var idi, amma artıq keçmişdə qalıb. Onlar torpaqlarımızı zəhərləyib məhv etdilər. Ona görə də ərzağımızı başqa yerdən almalıyıq. Biz idxaldan asılı vəziyyətə gəlmişik. Artıq gəncliyimiz nə edəcəyini bilmir, üfüqdə heç nə görmür. Fransadan qorxurlar, çünki sürgün edilirlər. Kanakda və Polineziyada törətdiklərini bizdə də edirlər, əhalimizi öldürürlər. Onların yerində də fransızları məskunlaşdırırlar, onlar quldarlardır. Mənim nəslimdən olan insanlar böyük əvəz ödəyiblər, çünki davamlı mübarizə aparmışıq. Bu günün gəncləri isə boykota qərar veriblər, onlar böyük supermarketləri boykot etdilər, nəticədə dəhşətli repressiya baş verdi. Gəncləri həbs etdilər. Ölkədə aparıcıların hamısı ağdərilidir”.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Böyük Britaniya, Əlcəzair, Keniya, Fransa, Mərakeş, Mali, Efiopiyadan, eləcə də Fransanın dənizaşırı əraziləri olan Fransa Qvianası, Fransa Polineziyası, Qvadelupa, Martinika, Yeni Kaledoniyadan, həmçinin Fransanın xüsusi statusa malik 18 regionundan biri Korsika adasından olan nümayəndələr iştirak edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir