Kriminal

Beyləqan sakinindən tapança götürülüb – FOTO

Sharing is caring!


Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib. 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Beyləqan RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum edilmiş Şəmsi Əbilov saxlanılıb. Onun yaşadığı ünvana keçirilən baxış zamanı “Makarov” tapançası,  həmin silaha aid bir ədəd daraq və 5 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir