Dünya

Efiopiyalı QHT rəhbəri: “Müstəmləkə ölkələri dərmanlara girişi məhdudlaşdırır”

Sharing is caring!


“Müstəmləkə ölkələri dərmanlara çıxışı məhdudlaşdırır, bununla da insan hüquqlarını pozur”.

“Report” xəbər verir ki, bunu Efiopiyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatının (QHT) rəhbəri Fekadu Demise Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

“Qərb ölkələrinin, xüsusən də Fransanın lisenziyası dərman vasitələrinə çıxışda maneələr yaradır. Dərmanların əldə edilməsinə qoyulan məhdudiyyətlər ədalətsizdir və insan hüquqlarını pozur. Bu çıxışın olması əsasdır və bizim buna haqqımız çatır”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı (BTQ) ilə keçirilən konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak edirlər.

BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir