Dünya

Əlcəzairli nümayəndə: “Fransa insan haqları sahəsində dərs verəcək sonuncu ölkədir”

Sharing is caring!


“Fransa beynəlxalq hüquq və insan haqları sahəsində dərs verəcək son ölkədir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda Əlcəzairin ali təhsil və elmi tədqiqatlar nazirinin müşaviri Yousef Houri deyib.

“Fransa əlcəzairlilərə qarşı müxtəlif vaxtlarda soyqırımı törədib. 1945, 1952-ci illərdə bu soyqırımları həyata keçirilib. Birincidə bütün insanları – uşaqları, yaşlıları, bir sözlə, hər kəsi həyatdan məhrum etdilər. İkinci soyqırımı Əlcəzairin cənubunda 1952-ci ildə törədildi. Həmin vaxt 3 500 əhalisi olan ərazidə 2 500 nəfər qətlə yetirildi”, – deyə o əlavə edib.

Houri xatırladıb ki, Fransa 1952-ci il mayın 12-də 230 nəfəri Konstantin şəhərində qətlə yetirib:

“1961-ci ildə Parisdə 300 nəfər əlcəzairli öldürülüb. Fransa ağır silahlardan istifadə edərək bir xalqı soyqırımına məruz qoyub. İndi isə insan hüquqları ilə bağlı dərs verməyə çalışır”.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Böyük Britaniya, Əlcəzair, Keniya, Fransa, Mərakeş, Mali, Efiopiyadan, eləcə də Fransanın dənizaşırı əraziləri olan Fransa Qvianası, Fransa Polineziyası, Qvadelupa, Martinika, Yeni Kaledoniyadan, həmçinin Fransanın xüsusi statusa malik 18 regionundan biri Korsika adasından olan nümayəndələr iştirak edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir