Dünya

Tədqiqatçı Xadija Butkhili: “Fransa hələ də Mərakeşə müdaxilə etməkdədir”

Sharing is caring!


“Fransa bir neçə dəfə Mərakeşə hücum edib, kütləvi qırğınlar törədib. Bunu bilmək üçün tarixə baxmaq kifayətdir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda Mərakeşdən olan elmi tədqiqatçı Xadija Butkhili deyib.

O bildirib ki, bir neçə dəfə edilən hücumlardan sonra nəhayət Fransa Mərakeşi ələ keçirib.

“Fransa Mərakeşdə beynəlxalq hüquqları tapdaladı, sosial uçuruma, aclığa səbəb oldu”, – deyən tədqiqatçı əlavə edib ki, nəticədə Fransanın Mərakeşdə mövcudluğu narahatlıq yaratdı.

“Mərakeş uzun mübarizədən sonra müstəqilliyini bərpa etdi. Amma Fransa hələ də bizə müdaxilə etməkdədir”, – deyə o əlavə edib.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Böyük Britaniya, Əlcəzair, Keniya, Fransa, Mərakeş, Mali, Efiopiyadan, eləcə də Fransanın dənizaşırı əraziləri olan Fransa Qvianası, Fransa Polineziyası, Qvadelupa, Martinika, Yeni Kaledoniyadan, həmçinin Fransanın xüsusi statusa malik 18 regionundan biri Korsika adasından olan nümayəndələr iştirak edirlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir