Dünya

“Bavariya” Fələstinə dəstək olan futbolçu ilə bağlı açıqlama yaydı

Sharing is caring!


Almaniyanın “Bavariya” klubu futbolçusu Nussair Mazrauini məşqlərdən kənarlaşdırmayıb.

Bu barədə Münhen təmsilçisinin saytı məlumat yayıb. Bildirilir ki, klub rəhbərliyi ilə mərakeşli futbolçu arasında söhbət aparılıb. Onun iki həftə əvvəl sosial şəbəkə hesabında İsrail – Fələstin münaqişəsi ilə bağlı paylaşımı müzakirə olunub. Oyunçu terroru pislədiyini bildirib.

“Bavariya”nın klub olaraq Almaniyanın yəhudi icmasının və İsrailin yanında olduğu bəyan edilib.

Mazrauinin məşqlərdə iştirak etməməsinə gəlincə, bu, onun Mərakeş millisinin heyətində olarkən zədələnməsi ilə əlaqələndirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir