Dünya

Qaston Samüt: “Uşaqlarımız öz ana dilindən tam istifadə edə bilmirlər”

Sharing is caring!


“Uşaqlar və gənclər öz ana dilindən tam istifadə edə bilmirlər. Bu da onun məhv olmasına səbəb ola bilər”.

“Report” xəbər verir ki, bunu Qvadelupanın Azadlığı Uğrunda Xalq İttifaqının nümayəndəsi Qaston Samüt mətbuat konfransında bildirib.

“Fransanın təhsil sistemi elə qurulub ki, gənc nəsil yalnız fransız dilindən istifadə etməyə məcburdur. Çünki Fransa dənizaşırı ərazilərin yerli əhalisini assimilyasiya etməyə çalışır. Bu, gənclərin bir-biri ilə ünsiyyətdə öz ana dilindən tam istifadə edə bilməyəcəyi problemi ilə nəticələnə bilər”.

Qeyd edək ki, sabah Azərbaycanın paytaxtında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.

Toplantıda 14 ölkədən, eləcə də Fransanın dənizaşırı əraziləri və Korsikadan olan nümayəndələr iştirak edəcəklər.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində bu il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir