İdman

Manə Mollayeva: “Qadın futbolunda tarix yazmağa çox yaxınıq”

Sharing is caring!


“Azərbaycanın qadın futbolunda tarix yazmağa çox yaxınıq”.

Bunu “Report”a açıqlamasında Azərbaycan millisinin futbolçusu Manə Mollayeva UEFA Millətlər Liqasında Monteneqroya 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

25 yaşlı oyunçu komandada əzmkar ruhun olduğunu bildirib:

“Hər birimiz nə etməli olduğumuzu bilirdik. Ölkəmiz adına sona qədər mübarizə apardıq və çox inamlı qələbə qazandıq. İnanıram ki, son iki qarşılaşmada da maksimum xal əldə edərək, qrup birincisi kimi mərhələ adlayacağıq”.

“Neftçi” klubunda çıxış edən müdafiəçi əsas rəqiblərinin məhz Monteneqro olduğunu vurğulayıb:

“Amma hələlik heç nə bitməyib. Qarşıda daha iki matçımız var. Həmin oyunlara da yaxşı hazırlaşmalıyıq”.

Qeyd edək ki, Azərbaycan millisi IV turdan sonra 10 xalla qrup lideridir. İkinci pillədəki Monteneqronun hesabında 6 xal var. Komandamız Millətlər Liqasında növbəti oyununu dekabrın 1-də səfərdə Kipr yığmasına qarşı keçirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir