Dünya

Pentaqon Aralıq dənizinə daha bir gəmi göndərdi

Sharing is caring!


ABŞ HƏMAS-la münaqişə ilə əlaqədar İsraildəki hərbi mövcudluğunu artırır. Belə ki, Pentaqon Aralıq dənizinin şərqinə daha bir gəmi göndərib.

Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanmasının mətbuat xidməti xəbər yayıb.

Bildirilir ki, “Blue Ridge” sinifli “USS Mount Whitney” gəmisi İtaliyadan Şərqi Aralıq dənizinə yola düşüb.

Bundan əvvəl “USS Gerald R. Ford” aviadaşıyıcı gəmi 4,5 mindən çox hərbi dənizçi ilə Şərqi Aralıq dənizinə gedib. Onu 1600-dən çox hərbçinin olduğu beş gəmi müşayiət edir. Bundan əlavə, “USS Dwight D. Eisenhower” aviadaşıyıcısı və ümumilikdə 6 mindən çox hərbçini daşıyan üç müşayiət gəmisi də Yaxın Şərqə yollanıb.

Mənbə: NTV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir